"Azərbaycan Prezidenti İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın əhatə dairəsinə düşən vətəndaşlara ödəniləcək kompensasiya onların kart hesablarına köçürüləcək”.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor vurğulayıb ki, vətəndaşların kompensasiyanı almaq üçün banklara getməsinə ehtiyac qalmayacaq: "Hazırda biz bu mexanizmin üzərində çalışırıq. Kompensasiyaların vətəndaşlara əlçatan, sadə üsulla ödənilməsi təmin ediləcək”.