Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik edilib.
Mia.az "Report”a istinadən xəbər verir ki, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub. Sənədə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.