Bəzi valideynlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə orta məktəblərdə pul yığımına başlanılıb.

 Nazirliyin mətbuat xidmətindən modern.az-a bildirilib ki, ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir:

"Bu halın qarşısını almaq üçün Təhsil Nazirliyinin nəzdində "Qaynar xətt” yaradılıb. Konkret faktlar olduğu təqdirdə valideynlər 146 nömrəli "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər”.