Səbail Rayon İcra Hakimiyyəti Başçısı Vüqar Zeynalov yeni təyinat edib.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, Vüqar Zeynalovun müvafiq əmri ilə, Nəcəfli Yaqub Fərhad oğlu Səbail Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri təyin edilib.
Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Yaqub Nəcəfli bu təyinata qədər Bakı Şəhər 22 saylı Vəkillər Bürosunda çalışıb.