Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror aktı törətməyə cəhd göstərməkdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən proses başa çatıb.

Report-un məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Kazaryan 20 il azadlıqdan məhrum edilib.