Yevlax rayonunda baş verən silahlı insident nəticəsində yaralanan şəxsin adı məlum olub.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Rəşid Rövşən oğlu Həsənov ayağından güllə yarası alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb/Report.