Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb.
FHN-dən bildiriblər ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, tüstüdən zəhərlənən iki qadın xəstəxanaya yerləşdirilib
***
Bakıda yaşayış binası yanır.
Mia.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsində - Lider TV-nin yaxınlığılnda yerləşən yeni yaşayış binasında yanğın başlayıb.
Hadisə yerinə çox sayada FHN-nin yanğınsöndürmə briqadası cəlb edilib.
FHN-dən bildirilib ki, yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
FHN-dən Mia.az-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə var.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Etibar Mirzəyev də hadisə yerindədir.
