Xəbər verdiyimiz kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib.

Mia.az xəbər verir ki, unikal.org-a açıqlama verən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müaviniArzu Məmmədovmərhumun Bakıda dəfn ediləcəyini bildirib:

"Mərhum ötən gecə Yasamal rayonunda yerləşən mənzilində ürək çatışmazlığından vəfat edib. Rövşən müəllimin deyilənlərə görə ürəyində problem var imiş. Mərhumun iki övladı var. O, bu gün paytaxtda yerləşən "Qurd Qapısı" qəbirisanlığında dəfn ediləcək".