Fevral ayının 17-də itkin düşən BDU-nun birinci kurs tələbəsi, Goraboy rayon sakini Mayis Qurbanov Quba rayonunda tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Mayis Qurbanov bu gün səhər saatlarında Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

M.Qurbanov Bakı Dövlət Universitetinin birinci kurs tələbəsidir.