Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" İctimai Birliyinin üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət ediblər.
Mia.az xəbər verir ki, "Srebrenitsa anaları" və Parlement Jurnalistləri Birliyinin (PJB) təmsilçiləri ilə yanaşı, Xocalı soyqırımı qurbanlarının yaxınları da abidəni ziyarət edənlər arasında olub.
Qeyd edək ki, "Srebrenitsa Anaları" İctimai Birliyinin üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər.

















