AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb. 

Mia.az AFFA-ya istinadən bildirir ki, toplantı fevralın 22-də qurumun inzibati binasında keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, hazırda Klublar Komitəsinə son olaraq "Neftçi"nin prezidenti Kamran Quliyev sədrlik edib.