Cari il yanvarın 11-də Şirvan şəhər sakini Samid Əmirəliyev ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb:
"Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı ilə törətdiyini etiraf edib. Ətrafında aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumilikdə 11 ədəd oyun cihazı, 1 ədəd televizor, 1ədəd noutbuk oğurladığı məlum olub".
Faktla bağlı araşdırma aparılır.