Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində Türkiyənin "Qalatasaray" klubu İstanbulda "Benfika"nı qəbul edib.
Mia.az xəbər verir ki, oyuna istəkli başlayan "Qalatasaray”ın 27-ci dəqiqəsində qapısına penalti təyin edilib.
Salvvio penalti zərbəsini qola çevirib - 0:1.
Bu qoldan sonra hücumlarını daha da artıran "Aslan"lar ilk hissədə hesaba tarazlıq gətirə bilməyib.
İkinci hissədə isə "Qalatasaray"ın hücumları effekt verib. Belə ki, oyunun 54-cü dəqiqəsində Luyindama hesabı bərabərləşdirib - 1:1.
Lakin bu qoldan 10 dəqiqə sonra "Benfika" yenidən hesabda önə çıxıb - 1:2.
Oyun bu hesabla başa çatıb.
Beləliklə, "Qalatasaray"ın növbəti mərəhələyə çıxma şansı cavab qarşılaşmasında həll olunacaq.