Mia.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Etibar Əliyev məlumat verib.
O bildirib ki, N.Xudiyev rektor işlədiyi dövrdə Universiteti, AzTV-nin sədri olduğu dövrdə televiziyanı yaman günə qoyub: "70 yaşlı bir adamı yenidən kafedra müdiri vəzifəsinə gətirməyə nə lüzum var idi".
Ekspert deyib ki, Azərbaycanda yüksək vəzifə tutan alimlərin bir qisminin 10-15 ildən sonra yenidən qayıdıb kafedra müdiri vəzifələrini tutmaları halı geniş vüsət alıb: "Bu islahat deyil, reqressiyadır".
Mia.az