Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin "Vətən naminə” medalı ilə təltif edilib.
Mia.az QHT.az-a istinadən xəbər verir ki, Umud Mirzəyev bu medala müharibədən zərərçəkmiş insanlar qarşısında göstərdiyi vətəndaş təşəbbüslərinə və xidmətlərinə görə layiq görülüb.
QHT sədrinə medalı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim edib.