Polis Sumqayıtda əməliyyat keçirib.
DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 4 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.