AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) zəlzələ baş verən ərazidə aparılan tədqiqatlarla bağlı məlumat yayıb.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər: "Zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır. Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".