Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. 

O, şura üzvlərini AMEA Prezidentinin  AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı" nın icrası haqqında  sərəncamları ilə tanış edib.

Sonra I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin Fənn Proqramlarını və Dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.

İclasda həmçinin I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib.

Sonda 14 dekabr 2018-ci il tarixli "Elm" qəzetində dərc olunmuş elana əsasən keçirilmiş müsabiqə  və bir sıra cari məsələlərə baxılıb.