"Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır”.
Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir: "Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”- deyə Oqtay Əsədov bildirib.
O daha sonra qeyd edib: "Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şeydən keçiblər”.