"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakının Babək prospektində "Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.
Qurumdanverilən məlumatda bildirilib ki, Babəkprospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb:
"Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - "Mercedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal "Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.
