2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı fəaliyyətə başlayıb.

Mia.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, biletlərin satışına 2019-cu il iyunun 12-də başlanılacaq.

Müraciətlərin qəbulunun müddəti 2019-cu il iyunun 12-dən iyulun 12-dək davam edəcək. 

Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq.

Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.