Bu gün günorta saatlarında Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyov küçəsi 14 ünvanında yanğın baş verib.
"Yeni Sabah” xəbər verir ki, yanğın 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən Hacıbəyova Rəna Osman qızına məxsus umumi sahəsi 170 kv. metr olan evdə başlayıb. 4 otaqlı evin 1 otağında olan məişət əşyaları külə dönüb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Şəhərin mərkəzində baş verən hadisə yerinə Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və müavinləri gəlib.
Əldə etdiyimiz məlumata görə, yanan ev dahi bəstəkar Üzeyir Hacıbəyovun əmisi nəvəsi, əməkdar artist Osman Hacıbəyovun qızına məxsus olub.