Amerikalı döyüşçü Rayan Beyder "Bellator” Qran-Prisinin final qarşılaşmasında rusiyalı rəqibi Fyodor Yemelyanenkonu məğlub edib.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, Fyodoru ilk raundda məğlub edən Beyder birdən-birə iki ağır çəkidə çempionluq kəmərinin sahibi olub.

Los-Ancelesdə baş tutan görüşdən sonra Beyder Yemelyanenkonu nokauta salan zərbəsi barədə də danışıb: "Biz bu zərbəni məşq eləmişdik. Bilirdik ki, Fyodrla mübarizədə bu zərbə keçəcək”.