Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində ikinci pillədə qərarlaşan "Qalatasaray” komandası səfərdə "Göztəpə”ni minimal hesabla məğlub edib.

Mia.az xəbər verir ki, İstanbul komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Oyunda yeganə topu "Qalatasaray”ın braziliyalı müdafiəçisi Marianonun ötürməsindən sonra komandanın hücumçusu Sinan Gümüş 72-ci dəqiqədə rəqib qapısından keçirib - 1:0.

Bu qalibiyyət sayəsində baş məşqçi Fatih Terimin yetirmələri xallarının sayını 35-ə yüksəldib və turnir cədvəlindəki ikinci pillədəki mövqeyini möhkəmləndirib. İstanbul təmsilçisi lider "Başakşəhər”lə arasındakı xal fərqini üçədək azaldıb.