İvanişvi iqtidarı gəlişi ilə problemlər şələsi yaradıb. Qamsaxurdiya dönəmindən qalaqlanan etimadsızlıq mühiti demək olar ki, Saakaşvili hakimiyyəti vaxtında tamamilə bərpa olunmaq üzrə idi.
Etimad, qarşılıqlı inam və inteqrasiya, strateji müttəfiqlik, mədəniyyətlərin unikallığının qarşılıqlı etirafı və sayğı ictimai-siyasi həyatda aktual mövzuya çevrilmişdi.
Zərərli zehniyyətin bəd əməlləri
2013-cü ilin ilk aylarından İvanişvi zehniyyətinin antitürk ovqatı özünü büruzə verməyə başladı. İlk hədəflərdən biri "Borçalı Cəmiyyəti”nin başladığı barış, sülh, dinc birgəyaşayış platformu olan, 2009-cu ildən vüsət alan "Borçalı türklərinin Elat Mədəniyyəti – Elat mədəniyyəti günü” bayramı oldu. Bütün vasitələrlə soydaşlarımızın milli mədəniyyətinin təbliğinə və qarşılıqlı inteqrasiyaya hesablanan Elat bayramına dözümsüzlük nümayiş etdirərək onun yerinə "Dmanisoba”nın sırınması demonstrativ diskriminasiyadır. Eyni zamanda ictimai fəal olaraq soydaşlarımızın hüquqlarına biganə qalmayan bəndənizin gülünc "əsaslarla” Gürcüstana girişinə yasaq qoyulması soydaşlarımıza sayğısızlıq göstərməklə, açıq formada Azərbaycana meydan oxumaq idi. Bundan öncə isə Qafqaz Müsəlmanları İdarəsinə qarşı aqressiv münasibətin də bu şovinist zehniyyətin işi olduğuna şübhə yeri qalmır.
Milli mənliyimizə təcavüz
Dostluğumuza xain zərbə
Bəzi milli ləyaqətini itirmişlər də baş verənləri iqtidarlarının işi olmadığını əsaslandırmağa çalışırlar. Ən azı, onlara görə xəcalət çəkməmək olmur. Təbii ki, burada erməni barmağı və bir az da dərinə getsək, onların ağaları olan Rusiya xüsusi xidmət orqanlarının barmağı olmamış deyil. Lap tutaq ki, belədir. Bəs, Gürcü milli təhlükəsizlik sistemi hara baxır. Bu təxribat bir göz qırpımında olmayıb, axı. Əvvəl qərar verilib, sonra smeta tərtib olunub, sifariş verilib, dəfələrlə baxış keçirilib, abidənin qoyulduğu ərazi hazırlanıb, abadlaşdırılıb, dəvətlər olub, təhlükəsizlik tədbirləri görülüb, rəsmi lent kəsilib və s... Düşüncəm belədir ki, bu təxribat cinayətə bərabər, Gürcüstanın kürəyinə və Azərbaycan - Gürcüstyan münasibətlərinə saplanan xəncərə bənzəyir.
Məkr dolu hədəflər
Məncə hədəf iki xalqı üz-üzə qoymaqdan, Gürcüstanın avrointeqrasiya prosesinə əngəl törətməkdən, yeni etnik-dini qarşıdurma yaratmaqdan və nəhayət Rusiyanın siyasi-hərbi maşınının Gürcüstana müdaxiləsi üçün münbit şərait yaratmaqdan ibarətdir. Bu yalnız ermənilərin şərəfsizcə ortaya atdıqları, Azərbaycan və Gürcüstan torpaqları hesabına Böyük Ermənistan xülyalarına xidmət edə bilər. Gürcüstan və Azərbaycan bunun fərqində olmalıdır. Odur ki, iki xalq birlikdə çox təxribatları önlədikləri təcrübəsinə malik olduqları üçün bu təxribatın aradan qaldırlması üçün vahid cəbhədən çıxış etməlidirlər.
Nə etməli?
Tonqal...
Gürcüstanda məkrlə dolu bir tonqal qalanmaqdadır. Bu tonqalın odunu İvanişvilinin əlindədir. Kibriti bir az uzaqda olsa da, nəfəsindəki məkr dincliyimizi təqib etməkdədir. Amma tarix və millətlərimizin genetik quruluşu bu tonqalda bəd niyyətliləri alova qərq edəcək, bu tonqal xeyir tonqalına çevriləcək...