Tovuzda yerli sakin güllələnib.

Mia.az "Report"a istinadən bildirir ki, hadisə Tovuz şəhərində qeydə alınıb. 

Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. 

Onun hansı şəraitdə güllələndiyi araşdırılır.