Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. 

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb və millət vəkili faktı təsdiqləyib. 

O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!