"Babək” prospektində çökmə baş verməyib, sadəcə yolun 2-3 kvadrat metrlik hissəsində asfalt deformasiyaya uğrayıb.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə. bunun yeni aparılmış təmir işləri heç bir əlaqəsi yoxdur, yəni təmir işləri keyfiyyətsiz aparılmayıb: "Babək prospekti o zaman neft tullantıları ərazisi üzərindən inşa edildiyi üçün hazırda belə bir kiçik problem yaranıb...".