"ASAN xidmət” mərkəzləri sabah işləməyəcək.
Mia.az Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən bildirir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq. Yanvarın 21-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. "ASAN Kommunal” mərkəzləri həftənin bazar günləri işləmir.