Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb/Report.