17 yanvar saat 17:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargaha istinadən bildirir ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir: "Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir".