"Azərsu” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin dəyişməsi ilə bağlı xəbərdarlığına əsasən gücləndirilmiş iş rejiminə keçir.
Mia.az ASC-yə istinadən bildirir ki, qurumun rayon sukanal idarələrinin rəhbərləri ilə bu məsələ barədə iclas keçirilib.
İclasda qeyd olunub ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək: "Həmçinin, növbətçilik təmin olunacaq. Əhalinin əvvəlki günlərdə olduğu kimi dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunması həyata keçiriləcək. Əməkdaşlar 2 gün ərzində yarana biləcək problemi qısa müddətdə aradan qaldırmağa çalışacaq".