Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul yanvarın 25-i saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.