Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü müsadirə edilib.
Mia.az "İndependent”ə istinadən xəbər verir ki, "Cartier” zərgərlik brendinə məxsus üzük Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən altı ay müddətinə müsadirə olunub. Onlar üzüyün hansı vəsait hesabına alındığını, maliyyə mənbəyini araşdıracaqlar.