"Bakcell” MMC iki şirkəti məhkəməyə verib.
"Report” xəbər verir ki, bununla bağlı mobil operator 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
"Bakcell”in iddia qaldırdığı şirkətlər ona borcu olan "Israil Ahmadov Investment" və "Azərinşaatservis" MMC-lərdir. İddiaya görə, şirkətlər mobil operatorla imzaladıqları müqavilə üzrə tələbləri yerinə yetirməyiblər. Hər iki iddia üzrə keçiriləcək məhkəməyə sədrliyi hakim Fərid Mədətli edəcək.