Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Hacıqabulda vətəndaşları qəbul edəcək.
Mia.az Xidmətə istinadən bildirir ki, Arzu Rəhimov yanvarın 17-də saat 10:00-da Hacıqabul rayonunda Şirvan, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Neftçala şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 15-dək Xidmətin adları qeyd olunan şəhər və rayonlardakı şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.