2019-cu ilin ilk günü - yanvarın 1-də Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah Bakıda mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında yanvarın 1-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.