Cəlilabad rayonunda 9 yaşlı qızı avtomobil vurub.

"Report"un Muğan bürosu xəbər verir ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Zeynəb Zülfüqar qızı Sadıqlını "VAZ-2106" markalı minik avtomobili vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.