Şəmkir rayonunda yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır/Report.