Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Mia.az "Azərsu” ASC-yə istinadən bildirir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.