"Hilton Baku" hotelində yanğın olub.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hotelin mətbəxində tüstülənmə baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb edilib.
Yanğınsöndürənlər hadisə yerinə çatanadək hotelin işçiləri tərəfindən tüstülənmənin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.