Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, iki yük maşınının toqquşması zamanı Yevlax rayon sakinləri 1993-cü il təvəllüdlü Rəşad Əlizadə, 1978-ci nil təvəllüdlü İlqar Sərdarov, 1974-cü il təvəllüdlü Namiq Məhərrəmov və 1990-cı il təvəllüdlü Orxan Zeynalov  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "KamAZ” markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. 

Faktla bağlı araşdırma aparılır.