Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı ikiyə çatıb.

Bunu Gürcüstanın səhiyyə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: "Hər iki şəxs yüksək risk qrupunda olub və təəssüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb".

D.Sergeenko deyib ki, qrip virusu ilə bağlı vəziyyət epidemiya səviyyəsinin yarısına çatıb: "Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq".

Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Kimliyi açıqlanmayan 53 yaşlı qadın qrip virusundan vəfat edib/Report.