"Akim Abbasov” küçəsində yaşayan sakinlər birlik.az saytına bildirdilər ki, uzun müddətdir bu "bəla" ilə üzləşiblər: "6 aydır əziyyət çəkirik. Gün ərzində qısa müddətlə işıq üzü görürük. Bilmirik ki, dərdimizi kimə deyək".
Sakinlər həmçinin onu da bildirdi ki, təkcə onların işığı yanmır: "kəndin ətrafında olan yaşayış massivləri, o cümlədən "Qurtuluş-93” qəsəbəsi fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur, biz məgər bu ölkənin sakinləri deyilik?”