Xətai rayon ProkurorluğuBakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlunun qətli ilə bağlı açıqlama verib.
Mia.az xəbər verir ki, Prokurorluqdan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Vahabov Fariz Mirzaid oğlunun qətli ilə bağlı hələlik saxlanılan şəxs yoxdur. Baş verən hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir və qətlin kim və ya kimlər tərəfindən törədilməsi araşdırılır. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.