O, bu mövzuda ətraflı danışa bilməyəcəyini bildirib: "Əvvəllər nəvəmi görməyə gedəndə oğlum Etimad da aramızda olurdu. İndi isə... Çox çətindir... Danışa bilmirəm. Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim. Xahiş edirəm, bu barədə çox danışmayaq”.
"Oğlumun qatilinə nə qədər iş veriləcəyini bilmirəm. Hazırda istintaq davam edir. Ona görə də nəsə deyə bilməyəcəm”.
İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.
Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.