""Bakcellə nömrəni yığırsan, deyir ki, hörmətli abunəçi, hal-hazırda yığdığınız nömrə zəngləri qəbul edə bilmir. Və konturu "yeyir"".

Mia.az xəbər verir ki, hazırda bu problemlə bağlı sosial şəbəkələrdə narazılıq edənlərin sayı artır. 

Bakcell isə bu etirazlara "Salam. Hal-hazırda texniki təkmilləşdirilmə işləri həyata keçirilir. Qısa zaman ərzində yekunlaşacaq. Yaranan müvəqqəti narahatlığa görə üzrlü sayın", - deyə cavab yazır.

Ancaq şirkət boşa xərclənən konturlar haqda məlumat vermir.