Sabah Bakının bəzi ərazilərində su olmayacaq.

Mia.az bildirir ki, bununla bağlı "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.