Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Mia.az xəbər verir ki, püşkə görə 1/8-də aşağıdakı cütlüklər qarşılaşacaqlar:
"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Lion" (Fransa) - "Barselona" (İspaniya)
"Roma" (İtaliya) - "Portu" (Portuqaliya)
"Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Xatırladaq ki, ilk qarşılaşmalar 12-13 və 19-20 fevralda olacaq. Cavab oyunları isə 5-6 və 12-13 mart tarixlərində keçiriləcək.