Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb: "İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".
Məlumata görə, hadisə nəticəsində avtobusun qabağı əzilib, qabaq şüşəsi qırılıb. Yaralılar var.
Mia.az